Namiq Cəbrayılov Qazaxıstan Respublikasının Jezkanqan şəhərində anadan olub, amma onun ailəsi Azərbaycan ənənələrini üstün tutur. Valideynləri Namiqi tez-tez tarixi vətəninə gətirirlərmiş. İki il əvvəl isə Azərbaycanda oğulları üçün daha yaxşı olacağını düşünərək onu nənə və babasının himayəsinə veriblər.
Zaman özünü çox da gözlətməyib — uğur Namiqə sarı dönüb və o, hazırda "Sən supersən!" vokal müsabiqəsinin ikinci mövsümünün iştirakçısıdır.
"Sən supersən!" beynəlxalq müsabiqəsinin yeni mövsümünün nümayişinə fevralın 10-da NTV telekanalında start veriləcək.
NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.
Müsabiqənin iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.