Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda qız öz atasına olmazın işgəncələr verirmiş - Təfərrüat

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı sakini qoca atası ilə qəddarcasına davranıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Bakıda öz qızı tərəfindən müntəzəm olaraq döyülən yaşlı kişi polisə şikayət edib. Bu barədə Sputnik Azərbaycan-a Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən məlumat verilib.

Binanın damında dayanmış qız, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda qadın azyaşlı övladı ilə birlikdə intihar etmək istəyib

Polis bölməsinə 1939-cu il təvəllüdlü Şahlar Həşimov müraciət edib. Kişi bildirib ki, qızı 1971-ci il təvəllüdlü Nəzakət Hüseynova onu sistematik olaraq döyür və pensiyasını əlindən alır.

Hazırda təhqiqatçılar işlə bağlı vəziyyəti öyrənirlər. Döyülmə faktının sübutu üçün məhkəmə-hüquq ekspertizası təyin edilib. Qocanın döyüldüyü bədənindəki xəsarətlərlə sübuta yetirilsə, onda iş istintaqa göndəriləcək.

Polisin sözlərinə görə, onlar tez-tez övladların yaşlı valideynləri ilə qəddar münasibətlərinin şahidi olurlar. Amma valideynlər uşaqlarından nadir hallarda polisə şikayət edirlər.

Məlumata görə, Həşimovun arvadı bir neçə il əvvəl vəfat edib və o, qızının himayəsində qalıb. Yaşlı kişi özü öz qayğısına qalmaq imkanında deyil.

Xəbər lenti
0