BAKI, 8 fevral — Sputnik. Menbiçdəki ABŞ hərbçiləri Türkiyə ordusunun Afrindən sonra Menbiçə doğru hərəkət edəcəyi təhlükəsindən dolayı həyəcan siqnalı alıb. Nəticədə amerikalı əsgərlər hazır vəziyyətə gətirilib.
Sputnik Azərbaycan "Haberler"- ə istinadla xəbər verir ki, Menbiçdəki ABŞ hərbçilərinin PYD/YPG terrorçuları ilə birgə keşik çəkdiyi yerdə fotoları ortaya çıxıb. Hazırda amerikalı və türkiyəli hərbçilərin arasındakı məsafə 1,5 kilometr təşkil edir.
Qeyd edək ki, Türkiyə ordusu hazırda Afrində "Zeytun budağı" adlı hərbi əməliyyat keçirir. İki həftədir davam edən əməliyyat zamanı yüzlərlə terrorçu öldürülüb, onlarla yaşayış məntəqəsi terrorçulardan təmizlənib.