CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq icra başçısının nəvəsi 17 illik həbs cəzası aldı

Abunə olmaq
İcra başçısının 2 oğlu ömürlük, nəvəsi isə 17 il müddətinə azadlıqdan məhrum edilib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Samux rayonunun keçmiş icra başçısının nəvəsi, kriminal avtoritet, 2015-ci ilin avqustunda qətl törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Mustafayev Firdovsi Elşad oğlunun işi üzrə məhkəmə prossesi başa çatıb. Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsi Mustafayevə 17 il azadlıqdan məhrumetmə cəzası kəsib.

Bu barədə Sputnik Azərbaycan-a Gəncə şəhərinin hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, Mustafayev 2017-ci ilin yanvarında Sankt-Peterburqda saxlanılıb. O, 2015-ci ilin 3 avqustunda Nizami küçəsində 3 ortağı ilə birlikdə Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Zeynalov Niyaməddin Nağı oğlunun bıçaqlanaraq öldürülməsi, 1986-cı il təvəllüdlü Abdullayev Cəlal Elşən oğlunun yaralanması ilə nəticələnən kütləvi davada iştirakda günahlandırılıb. Sonuncu qarın nahiyəsindən deşilmiş-kəsilmiş bıçaq xəsarətləri alıb. 

Наручники и деньги, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda baş redaktor həbs olundu

Firdovsi Mustafayev ömürlük həbs cəzasına məhkum edilmiş Elşad Teyyub oğlu Mustafayevin oğludur. Ömürlük həbs cəzasına saxlanılan şəxsin əmisi — Mustafayev Məqsəd Teyyub oğlu da məhkum edilib. Onların hər ikisi hazırda Qobustan qapalı tipli həbsxanasında cəza çəkirlər.

Mustafayevlər sabiq baş nazir Surət Hüseynovun işi üzrə həbs olunublar. Onlar, həmçinin 1993-cü ilin Gəncə hadisələri zamanı Samux rayon prokuroru Şəmşir Əliyevin güllələnməsində iştirak ediblər. Elə həmin ilin iyun ayında "surətçilər" qrupu Əliyevi kabinetindən çıxararaq qonşuluqdakı məktəbin həyətində güllələyiblər. Qeyd edək ki, bu işlə əlaqədar olaraq Mustafayevlərin atası — Samux rayonun İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Mustafayev də saxlanılıb. Lakin o, 2016-cı ildə uzun sürən xəstəlikdən vəfat edib.

Firdovsi Mustafayev məhkəmənin hökmü ilə razılaşmayaraq Apellyasiya Məhkəməsinə müraciət edib.

Xəbər lenti
0