BAKI, 7 fevral — Sputnik. Tayvanda baş verən güclü zəlzələ nəticəsində yaralananların sayı 202 nəfərə çatıb, daha 2 nəfər ölüb.
Sputnik Azərbaycan bu barədə “Report”a istinadən xəbər verir.
Bildirilir ki, yeraltı təkanlar zamanı hərbi hospital da daxil olmaqla 5 bina dağılıb və ya qismən zərər çəkib.
Bundan əlavə, 702 yaşayış evi işıqsız qalıb.