Moskvada “Stepanakert konyakı”nın qarşısı alındı

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidProdexpo sərgisi, arxiv şəkli
Prodexpo sərgisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"ExpoCentre" ASC tərəfindən "Stepanakert Konyak Zavodunun" sərgidə iştirakının qarşısı alınıb

BAKI, 7 fevral — Sputnik. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində təxribatın qarşısı alınıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasının işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən "Stepanakert Konyak Zavodu"nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.

Belə ki, Azərbaycanın işğal altında olan ərazisində qanunsuz olaraq fəaliyyət göstərən müəssisənin "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində iştirakının beynəlxalq hüquq normalarına zidd və yolverilməz olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu vasitəsilə rəsmi olaraq sərginin təşkilatçısı "ExpoCentre" ASC-yə çatdırılıb.

İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin birgə fəaliyyəti nəticəsində "ExpoCentre" ASC tərəfindən "Stepanakert Konyak Zavodunun" sərgidə iştirakının qarşısı alınıb.

Xəbər lenti
0