Rus təyyarəsinin vurulma anı – YENİ VİDEO

© Sputnik / Dmitry Vinogradov / Mediabanka keçidРоссийские штурмовики Су-25 взлетают с авиабазы "Хмеймим"в Сирии
Российские штурмовики Су-25 взлетают с авиабазы Хмеймимв Сирии - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya təyyarəsi daşınar zenit-raket kompleksi ilə deyil, sovet istehsalı olan zenit qurğusundan vurulub

BAKI, 7 fevral — Sputnik. Rusiyanın Su-25 qırıcısının Suriyada vurulması ilə bağlı yeni video yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, kadrlar “YouTube”-da dərc olunub.

Videoda pikap üzərində qurulan zenit qurğusundan təyyarənin atəşə tutulduğu nümayiş olunur. Az sonra qara tüstü görünür və döyüşçülərin sevinc səsləri eşidilir.

Məlumata görə, hücumu “Ceyş İdlib Hurr” qruplaşmasının üzvləri həyata keçiriblər. Artıq təyyarəni atəşə tutan şəxsin adı da məlumdur. Onun “Kastro” ləqəbli Mahmud Hacı İsmayıl olduğu bildirilir. Müsahibə verən döyüşçü bildirib ki, Rusiya təyyarəsini daşınar zenit-raket kompleksi ilə deyil, sovet istehsalı olan zenit qurğusundan vurub.

Xatırladaq ki, təyyarənin pilotu Roman Fillippov paraşütlə tullanıb və döyüşə girib. Az sonra terrorçuların əlinə düşməmək üçün özünü qumbara ilə partladıb.

Xəbər lenti
0