CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik “Qara siyahı”sını açıqlayacaqmı?

CC0 / Pexels / phoneTelefon
Telefon - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunvericiliyə görə, bloklanan resurslarla bağlı nazirliyin "Qara siyahı" hazırlanmalıdır

BAKI, 7 fevral — Sputnik. "Get Contact” Azərbaycan ərazisində bloklanıb. Güman ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bloklayıb. Çünki bu səlahiyyət qanunvericiliyə görə ötən ildən etibarən onlara məxsusdur". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan İnternet Forumun Prezidenti Osman Gündüz deyib.

O hesab edir ki, artıq provayderlər birmənalı olaraq nazirliyin və ya məhkəmənin qərarı olmadan hər hansı saytı bloklamırlar.

Разговор по телефону в офисе. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rahat nəfəs alın: “Get Contact” bağlandı

"Əlbəttə, proqramdan istifadə müəyyən risklər yaradırdı. Bloklanma ilə bağlı heç bir rəsmi qərar və ya açıqlama yoxdur. Əksinə, nazirliyin Elektron Təhlükəsizlik Mərkəzinin bu proqramla bağlı verdiyi dünənki açıqlama mənim mətbuata açıqladığımdan daha yumşaq idi və qapadılma üçün əsas ola biləcək hər hansı ciddi təhlükələrdən söz açılmırdı. Hansı ki, bizdə bununla bağlı ötən il qəbul edilən hüquqi sənədlərdə konkret müddəalar nəzərdə tutulub", – deyə Osman Gündüz qeyd edib.

Onun fikrincə, hüquqi dövlət qurulan ölkədə mövcud qanun və qaydalara əməl edilməlidir: "Sabah hansısa beynəlxalq qurum açıqlama verməsin ki, hökumət heç bir əsas gətirmədən, heç bir qərar qəbul etmədən, mövcud hüquqi proseduralara əməl etmədən resursu bloklayır. Qanunvericiliyə görə, bloklanan resurslarla bağlı nazirliyin "Qara siyahı" hazırlanmalıdır. Az qala bir il keçib, hələ də belə bir siyahı yoxdur. Məhz bu siyahı əsasında cəmiyyət, resurs sahibləri bilməlidir ki, bu resurs dövlət tərəfindən yasaqlanıb və sayta daxil olmaq istədikdə müvafiq mesaj da monitorda görsənməlidir".

Ekspert, həmçinin qeyd edib ki, nazirlik bununla bağlı açıqlama verməli və qanunvericiliyə uyğun olaraq ölkə ərazisində bloklanan bütün saytların "Qara siyahı"sını açıqlamalıdır.

Xəbər lenti
0