CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirliklə komitədən əlillərlə bağlı birgə təşəbbüs

CC0 / stevepb / WheelchairƏlil arabası, arxiv şəkli
Əlil arabası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib

BAKI, 7 fevral — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Hadi Rəcəbli "Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsi üzərində 4 ildən çoxdur işlərin, təkmilləşdirmənin getdiyini söyləyib.

O bildirib ki, qanun layihəsinin hazırlanmasının təşəbbüskarı komitə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir: "Qanun layihəsi bir sıra təşkilatlar və beynəlxalq qurumlarla birgə işlənilib. Qanun layihəsi ilə bağlı komitəmizdə ilkin müzakirələr aparılıb, bu gün isə onun ərtafında ictimai dinləmələr keçirməyi qərara almışıq. İlkin müzakirələrdə də qanun layihəsi müsbət qarşılanmaqla yanaşı, bəzi təkliflər səsləndirilib".

Qeyd edək ki, hazırda tətbiq olunan qanun 1992-ci ildə hazırlanıb.

Xəbər lenti
0