Almaniyadan Türkiyəyə ağır zərbə

© REUTERS / Fabrizio BenschAlmanya Başbakanı Angela Merkel, SPD lideri Martin Schulz ve CSU lideri Horst Seehofe
Almanya Başbakanı Angela Merkel, SPD lideri Martin Schulz ve CSU lideri Horst Seehofe - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyanın qurulmaqda olan koalisiya hökuməti Türkiyənin Avropa ittifaqına üzvlük prosesini dayandırmağı qərara aldı

BAKI, 7 fevral — Sputnik. Almaniyada Xristian İttifaqı (CDU/SDU) ilə Sosial Demokrat Partiyası (SPD) arasında tamamlanması gözlənilən koalisiya müqaviləsi sənədində Türkiyənin müvafiq şərtləri yerinə yetirənə qədər Avropa ittifaqına (Aİ) üzvlük prosesinin dondurulması qərara alınıb.

Sputnik Türkiyə xəbər verdiyinə görə, Almaniyanın "Rheinische Post" qəzetinin yazır ki, Almaniya koalisiya razılaşması məramnaməsinə görə, yeni koalisiya Avropa İttifaqının Türkiyəyə müzakirə üçün yeni imkanlar açmasının əleyhinə olacaq. Xristian Birliyi və Sosial Demokrat Partiyası arasında imzalanması gözlənən koalisiya razılaşması məramnaməsində deyilir:

"Türkiyə Almaniya üçün vacib tərəfdaşdır və Aİ-nən qonşusudur. Bu məqsədlə Ankara ilə yaxşı münasibətlərə malik olmaq istəyirik və buna diqqət yetiririk. Türkiyədə demokratik, hüquqi dövlət normaları və insan haqları ilə bağlı vəziyyət uzun müddət bundan əvvəl pisləşib. Odur ki, Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı mövcud şərtləri dəyişərək yeni şərtlər irəli sürmək istəmirik".

Məramnamədə viza sərbəstliyinin və Gömrük Birliyi Müqaviləsinin yalnız Türkiyənin zəruri ilkin şərtləri yerinə yetirdiyi zaman mümkün olacağını qeyd edib.

Almaniyada Xristian İttifaqı ilə Sosial Demokrat Partiyasının rəhbərliyi koalisiya sazişi barədə razılıq əldə etsələr də, koalisiya protokoluna 440 mindən yuxarı üzv səs verməlidir. Bu müddət isə 3 həftəyədək vaxt aparacaq.

Almaniyada 2017-ci ilin 24 sentyabrda keçirilən seçkilərdən sonra keçən 135 gün ərzində yeni hökumət qurulmayıb.

Xəbər lenti
0