Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni yoldəyişən quraşdırılıb

© Photo : ADY mətbuat mərkəziBakı-Tbilisi - Qars dəmir yolu
Bakı-Tbilisi - Qars dəmir yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir

BAKI, 6 fevral — Sputnik. Qaradağ stansiyasında yeni yoldəyişən quraşdırılır. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Bakı-Tbilisi-Qars - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Bakı-Tbilisi-Qars: Dəmir İpək Yolu

O bildirib ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb.

Qeyd edək ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. İndi sayca 117-ci yeni yoldəyişən Qaradağ stansiyasında quraşdırılır. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

© Photo : ADY mətbuat xidmətiQaradağ stansiyasında yeni yoldəyişən quraşdırılır
Qaradağ stansiyasında yeni yoldəyişən quraşdırılır - Sputnik Azərbaycan
Qaradağ stansiyasında yeni yoldəyişən quraşdırılır

5 saylı İDYM MMC-nin direktor müavini Şəmsəddin Talıbov məlumat verərək bildirib ki, əvvəllər köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxmından dəyişmələrə səbəb olacaq.

Xəbər lenti
0