BAKI, 6 fevral — Sputnik. Saakaşvili Ukraynada siyasi sığınacaq almayacaq. Sputnik Azərbaycan Ukrayna mətbuatına istinadla xəbər verir ki, Kiyev Apelyasiya Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə "əlavə qorumaya ehtiyacı olan şəxs" statusu verməkdən imtina ilə bağlı ilkin məhkəmə instansiyasının qərarını təsdiqləyib.
Sözügedən qərarı Kiyev Apelyasiya Məhkəməsinin hakimi Andrey Korotki elan edib.
"Məhkəmə Apelyasiya şikayətini təmin etmədi", – deyə o bildirib.
Onun sözlərinə görə, Gürcüstanın keçmiş prezidentinin və Miqrasiya Xidmətinin müraciəti rədd edilib və Kiyev İnzibati Məhkəməsinin yanvarın 3-də verdiyi qərar dəyişməz qaldı.
Məhkəmənin bu qərarına əsasən, Miqrasiya Xidmətinin Saakaşviliyə siyasi sığınacaq verməkdən imtina etməsi qanuni sayılıb.
Qərar qüvvəyə minib.