CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir müavini Milli Məclisdə qanunsuzluqları dilə gətirdi

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджана
Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il 2636 ha torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən olunub

BAKI, 6 fevral — Sputnik. "2017-ci ildə bələdiyyələrdə çox ciddi qanun pozuntuları halları müəyyən olunub. Bunlar araşdırmalar, vətəndaş müraciətləri, bələdiyyələrin ekspertizası zamanı müəyyən edilib".

Torpaq sahəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Bələdiyyə vergiləri dəyişir: Xüsusi qanun hazırlanır

Sputnik Azərbaycan xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin bu gün keçirilən Regional məsələlər komitəsinin iclasında çıxışı zamanı deyib. "Ötən il 24 belə fakt olub və hüquqi qiymət verilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarına göndərilib", — nazir müavini bildirib.

Onun sözlərinə görə, ilin sonuna kimi 15 fakt üzrə cinayət işi başlanıb: "Əsas səbəblər də torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, təmir-abadlıq işləri ilə bağlı bələdiyyə vəsaitinin qanunsuz xərclənməsi, bələdiyyə sədrləri tərəfindən təkbaşına qərarların qəbul olunması, bələdiyyələrin büdcə vəsaitlərinin qanunsuz silinməsidir".

V.Zahirov bildirib ki, bələdiyyə aktları yoxlanılarkən torpaq qanunvericiliyinin pozulması halları müəyyən edilib və 2636 ha torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən edilib: "Bu torpaqların bələdiyyələrə qaytarılması istiqamətində tədbirlər görülüb".

Xəbər lenti
0