SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məzahir Pənahov: Sosial şəbəkələrdə təbliğatla bağlı ölçü götürüləcək

© Photo : APAМазаир Панахов, председатель ЦИК Азербайджана
Мазаир Панахов, председатель ЦИК Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
MSK sədri: Beynəlxalq təşkilatların nümayəndələri ilə məsləhətləşib namizədlə bağlı müvafiq addımı atacağıq

BAKI, 6 yanvar — Sputnik. Növbədənkənar prezident seçkilərində təşviqat müddəti başlayana qədər hansısa namizədin və onun tərəfdarlarının təşviqatla məşğul olması yolverilməzdir. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün bəyan edib.

O bildirib ki, namizədlər qeydə alınandan təşviqat müddəti başlayana qədər onlarla bağlı təşviqatın aparılması qadağandır. MSK sədri sosial şəbəkələrdə bu cür qanunsuz hallara yol verildiyini və seçki komissiyalarının onlarla mübarizə aparmaqda aciz olduğunu dilə gətirib. 

Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
MSK növbədənkənar prezident seçkiləri barədə qərar verib

"Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib. Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə, MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər" — deyən Məzahir Pənahov bu cür hallara qarşı beynəlxalq təşkilatların nümayəndələri ilə məsləhətləşəcəklər.

O, sosial şəbəkələrdə qanunsuz təbliğat aparan namizədə qarşı müvafiq addım atacaqlarını qeyd edib. 

Xatırladaq ki, prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib. Həmin sərəncama əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Xəbər lenti
0