Öldüyünü zənn edib məzarını qazdılar, dirilib qəbrini ziyarət etdi - FOTOLAR

© Photo : Milliyet.com.trƏləddin Akbulut
Ələddin Akbulut - Sputnik Azərbaycan
Abunə olmaq
Şahidlər bildiriblər ki, 87 yaşlı qoca məzarını görəndə çox pis olub

BAKI, 5 fevral — Sputnik. Bir neçə ay öncə əməliyyat olunan və sonra öldüyü zənn edilən Ələddin Akbulut onun üçün məhəllədə qazılan məzarı ziyarət edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Oltunun Çəngəlli Məhəlləsində yaşayan 87 yaşlı Ələddin Akbulut onun üçün qazılan məzarı görərək pis olub.

Bağırsağından əməliyyat olunan 87 yaşlı Akbulutun oğlu atasının əməliyyatdan sağ çıxa bilməyəcəyini fikirləşib, ona məzar qazdırıb. Amma Ələddin Akbulut həyatda qalmağı bacarıb.

Öldü diye mezarını kazdılar! O ayaklanıp mezarını ziyarete geldi...

Bir müddət sonra ölən əsgərlik dostunu dəfn etməyə gedən Ələddin onun üçün qazılan məzarı görüb və uzun müddət məzarın yanında oturaraq xəyallara dalıb. Şahidlər bildiriblər ki, 87 yaşlı qoca məzarını görəndə çox pis olub.

Xəbər lenti
0