BAKI, 6 fevral — Sputnik. "Dünyanın ən böyük ölkələri din və ideologiya üzərində qurulan təhlükəni inkar etmir". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə politoloq Arzu Nağıyev deyib.
O bildirib ki, hər bir ölkə üçün belə təhlükə mövcuddur: "Azərbaycan əhalisinin 78 faizi şiələr, qalan hissəsini isə sünni məzhəbinə və digər dinlərə inananlar təşkil edir. 2013-14 cü illərdə İŞİD terror qruplaşmasına Azərbaycandan 900 nəfər qoşulmuşdu. Onların 300-ü həlak olub, 92 nəfəri həbs edilib, 260 nəfər isə Azərbaycan vətəndaşlığından xaric edilib. Onların bəziləri hələ interpol tərəfindən axtarışdadır".