İrandan Türkiyəyə absurd tələb: Geri qayıdın

© REUTERS / Kayhan OzerПрезиденты Турции и Ирана Реджеп Тайип Эрдоган и Хасан Рухани, фото из архива
Президенты Турции и Ирана Реджеп Тайип Эрдоган и Хасан Рухани, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin Suriyadakı əməliyyatını yenidən nəzərdən keçirməli olduğunu bildirib

BAKI, 5 fevral — Sputnik. "Hazırda Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyat əsla uyğun deyil və bu prosesin davam etməsi terrorun yenidən regiona qayıtmasına yol aça bilər".

Sputnik Azərbaycan "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, bunu həftəlik mətbuat konfransı zamanı Türkiyənin Suriyada keçirdiyi əməliyyata toxunan İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

Terrorçuların Suriyada yenidən hərəkətə keçdiyinə dair bəzi məlumatlar aldıqlarını açıqlayan Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyəni əməliyyatı dayandırmağa çağırıb: “Türkiyə Suriyada apardığı əməliyyatı yenidən nəzərdən keçirib, Astana prosesinə geri dönüş etməlidir".

Xəbər lenti
0