BAKI, 6 fevral — Sputnik. Limonun insan orqanizmi üçün xeyirli olması hər kəsə məlumdur. Güclü antibakterial və antiviral olması bağırsaq sisteminin təmizlənməsində böyük rol oynayır.
Sputnik Azərbaycan xəbər verir ki, limonun tərkibi C vitamini, maqnezium, biyoflavanoid və digər maddələrlə zəngindir. Hər səhər limonlu su içmək insan orqanizmi üçün xeyirlidir. Limonlu su insan orqanizmində olan zərərli maddələri və toksinləri bədəndən çıxarmağa kömək edir. Eyni zamanda, bu məhlul mineral və vitaminlə də boldur. Bu da həzm sistemində olan toksinlərin təmizlənməsinə kömək edir.
Limonlu su gəyirmə, qarın köpünün də qarşısını alır. Amerikalı alimlər bağırsaq xərçənginin qarşısını almaq üçün isti limonlu su içməyi məsləhət görürlər. Beyin və sinir sistemi üçün də çox faydalıdır. Bu məhlul həm də bəlğəmin bədəndən çıxmasına və orqanizmdə azalmasına yardımçı olur. Üzü təravətləndirir, üzdə olan piylərdən təmizləyir, enerji verir və əhvalı düzəldir, diş iltihabına da kömək edir. Limonlu su çəkinin artması problemini də önləyir.
Qeyd edək ki, bu məhlulu qaynanmamış ilıq sudan hazırlamaq lazımdır.