CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN Bakıdakı partlayışla bağlı rəsmi məlumat yaydı

Abunə olmaq
"Yanğın saat 20:08 dəqiqədə söndürülmüşdür"

BAKI, 6 fevral — Sputnik. Fövqəladə Hallar Nazirliyi Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində baş verən partlayışla əlaqədar məlumat yayıb. 

Məlumatda deyilir: "Bu gün saat 19:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş vermişdir.

Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatmışdır. Yanğın saat 20:08 dəqiqədə söndürülmüşdür. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmamışdır. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək".​

Xəbər lenti
0