BAKI, 6 fevral — Sputnik. Ərəb turistin başına reklam lövhəsi düşüb və o, beyin travması alıb. Sputnik Azərbaycan Femida-ya istinadla xəbər verir ki, Bakıda müşahidə edilən güclü külək 1 nəfərin xəsarət almasına səbəb olub.
Məlumata görə, Küveytdən olan 1990-ci il təvəllüdlü turist Fəhad Saəd Abdullah, Nizami küçəsi ilə gəzişərkən əsən güclü külək nəticəsində başına reklam löhvəsi düşüb. Nəticədə o, qapalı kəllə-beyin travması alıb.
Yaralı təcili yardım maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.