CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda güclü partlayış baş verib, sakinlər təlaş içindədir

Abunə olmaq
Bakıda partlayış baş verib: yanğınsöndürənlər və təcili yardım briqadaları hadisə yerinə cəlb olunub

BAKI, 6 yanvar — Sputnik. Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib.

Sakinlərin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 19:25 radələrində baş verib. Əraziyə xeyli sayda yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

""Bravo" supermarketinin arxasında iki dəfə güclü partlayış səsi gəldi. Hadisə yerinə çox sayda yanğınsöndürən maşınlar və təcili yardım briqadaları şütüməkdədir" — deyə sakinlər təlaşla bildiriblər.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən verilən məlumata görə, partlayış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Radioquraşdırma zavodunda baş verib. Partlayış nəticəsində zavodda yanğın olub. Hazırda yanğının hadisə yerinə cəlb olunan 20-dək yanğınsöndürmə briqadası tərəfindən lokallaşdırıldığı bildirilir.   

Hazırda asayiş keşikçilərinin əraziyə heç kəsi buraxmadığı qeyd olunur.Hadisə yerində ölən və yaralananlar barədə ilkin məlumat yoxdur. 

Xəbər lenti
0