Adnan Oktarın bu dünyadakı “cənnətini” dağıdırlar — VİDEO

Abunə olmaq
Osman Aydın A9 kanalının bağlanılmasını tələb etdiklərini dilə gətirib

BAKI, 6 fevral — Sputnik. Türkiyədə Dini Təşkilat üzvləri (Dini-Sen) Dini İşlər Nazirliyinin ünvanına dediyi sözlərə görə Adnan Oktardan şikayət ediblər.

Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən məlumatına görə, təşkilat rəhbərinin vəkili Osman Aydın açıqlamasında bildirib ki, Oktarın nə etmək istədiklərindən xəbərdardırlar: "Bu, İslama və insanlığa qarşı üsyandır. Bunlar dilləri zəhərli, ürəkləri zəncirli, beyinləri keyidilmiş, manqurtlaşdırılmış bir ruh halı ilə müsəlman Anadolu xalqından və tarixindən intiqam almaq məqsədilə qurulmuş gizli təşkilatdır”.

Dini Təşkilat üzvləri adından açıqlama verən Osman Aydın bildirib ki, bəzi şəxslər türk millətinin istiqlal mücadiləsinə mane olmaq üçün süni gündəmlər yaratmağa çalışır.

Aydın qeyd edib ki, İslam əxlaqı ilə uyğun olmayan görüntülərlə xalqın qarşısına çıxan Adnan Oktar və sahibi olduğu A9 kanalına qarşı həssas türk ailələrinin etirazları hər gün artmaqdadır. İslamın qadın və kişilərin geyim və davranış mövzusundakı hökmlərinin bəlli olduğunu bildirən Aydın qeyd edib ki, İslam dininin, xristian və yəhudi inanclarının belə, uyğun görmədiyi xoş olmayan görüntülərlə ekranlarda görünərək cəmiyyətin əsəblərinə toxunmaq normal bir vəziyyət deyil.

Daha sonra Osman Aydın A9 kanalının bağlanılmasını tələb etdiklərini də dilə gətirib.

Aydın və ətrafındakılar bu açıqlmanın ardınca Ankara Baş Prokurorluğuna Oktardan şikayət məktubunu təqdim ediblər.

Xəbər lenti
0