Türkiyə itki verdi: 2 ölü, 21 yaralı

© AP Photo / Emrah GurelTürkiyədə təcili yardım
Türkiyədə təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza bu gün səhər Van-Erciş avtomobil yolunun 30-cu kilometrliyində baş verib

BAKI, 5 fevral — Sputnik. Türkiyənin Van vilayətində sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb. Sputnik Azərbaycan "Sabah"-a istinadla xəbər verir ki, yolların buz bağlaması səbəbindən baş verən hadisədə xəsarət alan 21 nəfərdən 3-nün vəziyyəti ağırdır.

Qəza bu gün səhər Van-Erciş avtomobil yolunun 30-cu kilometrliyində baş verib. Sərnişin avtobusu Ankaradan Vana gedirmiş. Sürücünün kim olduğu hələlik dəqiqləşməyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0