Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu "Sən supersən!" yarışmasının ikinci mövsümünün Azərbaycandan olan iştirakçısının həyatının təfərrüatlarını açıqlayır.
Layihənin ikinci iştirakçısı Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın yetirməsi Namiq Cəbrayılovdur.
Namiq beş yaşından oxumağa başlayıb və dəfələrlə doğulduğu Qazaxıstan Respublikasının Jezkanqan şəhərinin səhnəsində çıxış edib. İki il əvvəl valideynləri Namiqi Azərbaycana gətirmək qərarına gəliblər ki, o, vətənində yaşasın və oxusun.
"Sən supersən!" beynəlxalq müsabiqəsinin yeni mövsümünün nümayişinə fevralın 10-da NTV telekanalında start veriləcək.