ELM

Sonuncu "Açıq qapı" günü keçirilib

© Foto: APA UNEC-in mətbuat xidmətiUNEC-də qış imtahan sessiyası ilə bağlı növbəti “Açıq qapı” günü keçirilib
UNEC-də qış imtahan sessiyası ilə bağlı növbəti “Açıq qapı” günü keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Açıq qapı" günləri UNEC-in şəffaf universitetə çevrilməsində mühüm rol oynayıb

BAKI, 5 fevral — Sputnik. UNEC-də qış imtahan sessiyası ilə bağlı sonuncu "Açıq qapı" günü keçirilib. Sputnik Azərbaycan UNEC-in mətbuat xidmətinə istinadən xəbər verir ki, "Açıq qapı" günündə rektor, professor Ədalət Muradovla birlikdə UNEC İctimai Nəzarət Şurasının üzvləri "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Parlament Jurnalistləri Birliyinin sədri, Modern Media Qrupunun baş direktoru Elşad Eyvazlı və "525-ci qəzet"in müxbiri Sevinc Qarayeva da iştirak edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
UNEC-də tədris və imtahanların təşkili qaydaları dəyişdi

"Açıq qapı"ya daxil olan müraciətlər əsasən imtahan nəticələrinin yüksəldilməsi və intizam qaydalarının pozulması ilə bağlı olub. Qəbulda həmçinin UNEC-in rektorunun hər ayın birinci şənbə günü keçirilən "Açıq qapı" günündə iştirak edən vətəndaşların da müraciəti dinlənilib. Müraciətlərin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı isə qaydalara uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyatı strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Qəbuldan sonra qış imtahan sessiyasının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. E.Əliyev sessiya dövründə Şura üzvlərinin prosesi yaxından izlədiklərini bildirərək, imtahanlarda şəffaflığın təmin edilməsi və obyektivliyin qorunması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. E.Eyvazlı sessiya dövründə xüsusi olaraq rektorun hər həftə müraciətləri dinləməsini müsbət hal adlandıraraq, "Açıq qapı" günlərinin UNEC-in şəffaf universitetə çevrilməsində mühüm rol oynadığını bildirib.

S.Qarayeva isə UNEC-in "Qaynar xətt" xidmətinin fəaliyyətinə diqqət çəkərək, yalnız sessiya boyunca deyil, il ərzində tələbələrin qarşılaşdıqları hər hansı bir problemlə bağlı müraciət edə biləcəkləri xidmətin olmasını müsbət dəyərləndirib.

Xəbər lenti
0