Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda iranlı qız özünü 4-cü mərtəbədən atıb

Xəbərlərə abunə olun
НовостиTelegram
Bakıda İran vətəndaşı olan gənc qız özünü 4-cü mərtəbədən atıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Bazar günü Bakıda İran vətəndaşı olan 17 yaşlı qız özünü öldürməyə cəhd edib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, fevralın 4-də gecə saatlarında İran İslam Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü Hacıpər Romina Tahir qızı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sakit Qocayev küçəsində yerləşən 9 mərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atıb. Xoşbəxtlikdən qız sağ qalıb və hazırda 3 saylı şəhər kliniki xəstəxanasında müalicə olunur. Qızın vəziyyəti kafi qiymətləndirilir.

İlkin informasiyaya görə, xarici vətəndaşın özünü öldürmək niyyəti olub. Hazırda istintaq bunun səbəbini müəyyən eləməyə çalışır.

Xatırladaq ki, daha bir intihara cəhd hadisəsi bazar günü Bakının Nərimanov rayonunda qeydə alınıb. Bakıda yaşayan Göyçay rayon sakini, 1974-cü il təvəllüdlü Salahova Mətanət Abbasağa qızı dörd yaşlı uşağı ilə birlikdə özünü yüksəklikdən atmağa cəhd edib. Amma vaxtında hadisə yerinə çatan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları buna mane olublar.

Xəbər lenti
0