CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentdən onun namizədliyini irəli sürən quruma məktub

© Official website of President of Azerbaijan Republicİlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib
İlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: "İndiki dövrdə sahə həmkarlar təşkilatlarının işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə daha çox diqqət ayrılmalıdır"

BAKI, 5 fevral — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) beşinci qurultayının iştirakçılarına məktub ünvanlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
İlham Əliyev növbədənkənar prezident seçkiləri elan etdi

"Hörmətli qurultay iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və növbəti ali toplantınızın öz işinə başlaması münasibətilə təbrik edirəm.

Böyük tarixi inkişaf yolu keçmiş Azərbaycan həmkarlar ittifaqları müstəqillik illərində genişmiqyaslı fəaliyyəti sayəsində cəmiyyətin aparıcı təsisatlarından birinə çevrilib. Bu gün respublikamızda ən kütləvi ictimai təşkilat olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların sosial hüquqlarının təmin olunmasında mühüm rol oynayır.

Müasir dövrdə hüquqi dövlət quruculuğu prosesini həmkarlar ittifaqları olmadan təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan hökuməti əmək münasibətlərinin tənzimlənməsi və insanların sosial məsələlərinin həlli sahəsində onların fəaliyyətini yüksək qiymətləndirir. Hazırda ölkəmizdə sosial tərəfdaşlıq sisteminin vacib subyektlərindən biri kimi çıxış edən həmkarlar təşkilatlarına öz işlərini zamanın tələbləri səviyyəsində qurması və funksional imkanlarının genişləndirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Azərbaycan Respublikasında dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində dövlət proqramlarının və infrastruktur layihələrinin uğurla reallaşdırılması yoxsulluq və işsizlik kimi ağır problemlərin səviyyəsinin minimuma endirilməsinə, əhalinin rifah halının yüksəldilməsinə imkan verib. Enerji resurslarından əldə edilən gəlirlər, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və iqtisadi potensialın inkişafına yönəldilib. Aparılmış islahatlar nəticəsində ölkəmizin ümumi daxili məhsulunda qeyri-neft sektorunun həcmi ildən-ilə artır, sahibkarlığın genişlənməsi üçün yaradılmış əlverişli mühit özəl bölmənin fəaliyyətinə müsbət təsir göstərir və çoxsaylı yeni iş yerləri açılır.

Əldə olunan bu uğurlar həm də vətəndaşların sosial mənafelərinin qorunması, əmək münasibətlərinin nizamlanması, cəmiyyətdə hüquqi mədəniyyətin yüksəldilməsi və ictimai həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı həmkarlar ittifaqlarının rolunu və məsuliyyətini daha da artırır. Həmkarlar təşkilatları bu reallıqdan çıxış edərək, müxtəlif mülkiyyət formasına malik olan müəssisə və şirkətlərdə öz fəaliyyətinin qurulması, işçilərin əmək, istirahət, müalicə və digər sosial tələbatlarının ödənilməsi üçün ardıcıl tədbirlərini davam etdirməlidir.

Hesab edirəm ki, indiki dövrdə sahə həmkarlar təşkilatlarının işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə daha çox diqqət ayrılmalıdır. İnanıram ki, bugünkü mötəbər tədbirdə aparılacaq konstruktiv müzakirələr və qəbul ediləcək qərarlar ölkəmizin sosial-iqtisadi inkişafının müasir mərhələsində həmkarlar ittifaqlarının nüfuzunun artmasına, cəmiyyətimizin ahəngdar həyatının və vətəndaşların sosial rifahının təmin olunmasına sanballı töhfələr verəcək.

Sizi bir daha ürəkdən təbrik edir, qurultayın işinə uğurlar arzulayıram!".

Sumqayıt Seçki Dairəsi - Sputnik Azərbaycan
SİYASƏT
Növbədənkənar seçkilərdə irəli sürüləcək namizədlə bağlı qərar verildi

Qeyd edək ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, qurultayda 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. AHİK-in V Qurultayının nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə prezident İlham Əliyevə müraciət ediblər.

Xatırladaq ki, prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin".

Xəbər lenti
0