BAKI, 5 fevral — Sputnik. Tovuzda 2 nəfər dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini, 1980-ci il təvəllüdlü Anar Azər oğlu Qasımov və Tovuz şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Qabil oğlu Hüseynli şəhər ərazisindəki kafelərdən birindən dönər alaraq yeyiblər.
Hər iki şəxs dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma başlayıb.