Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bir qalanın sirri - Xalq artistinin qalasının içində gizlədilən qalanın...

© Sputnik / Murad OrujovBilgəh qəsəbəsində yerləşən "Qala"
Bilgəh qəsəbəsində yerləşən Qala - Sputnik Azərbaycan
Abunə olmaq
Bilgəh qəsəbəsində yerləşən "Qala"nın ətrafı hasarlanıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Azərbaycanda xeyli tarixi abidələr var ki, onların çoxu unudulub və demək olar, heç kəs onları ziyarət eləmir. Belə abidələrdən biri də Bilgəh qəsəbəsində yerləşən "Qala"dır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (MİQBDX) Sabunçu Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək qalaya bitişik divarı dağıtmağı rica edənə qədər bu qala heç də hamıya məlum deyildi və artıq unudulmuşdu.

Həmin qala barədə internetdə, demək olar ki, məlumat olmadığından Sputnik Azərbaycan-ın müxbiri informasiya almaq üçün sözügedən Xidmətə müraciət edib. Xidmətdən bildiriblər ki, "Qala" Şirvanşahların dövründə — XIII-XIV əsrlərdə ağ daşdan tikilib. Təəssüf ki, bizim günlərə yalnız qalanın bir hissəsi gəlib çatıb.

O dövrlərdə uzun müddət həmin qaladan mayak kimi istifadə ediblər. Onun başında məşəl yandırıblar ki, Xəzərdəki gəmilər gecələr sahilin yolunu tapa bilsin. Ona görə də, sözügedən qalanı həm də "Tonqal qalası" adlandırıblar.

© Sputnik / Murad OrujovBilgəh qəsəbəsində yerləşən "Qala"
Bilgəh qəsəbəsində yerləşən Qala - Sputnik Azərbaycan
1/3
Bilgəh qəsəbəsində yerləşən "Qala"
© Sputnik / Murad OrujovBilgəh qəsəbəsində yerləşən "Qala"
Bilgəh qəsəbəsində yerləşən Qala - Sputnik Azərbaycan
2/3
Bilgəh qəsəbəsində yerləşən "Qala"
© Sputnik / Murad OrujovBilgəh qəsəbəsində yerləşən "Qala"
Bilgəh qəsəbəsində yerləşən Qala - Sputnik Azərbaycan
3/3
Bilgəh qəsəbəsində yerləşən "Qala"
1/3
Bilgəh qəsəbəsində yerləşən "Qala"
2/3
Bilgəh qəsəbəsində yerləşən "Qala"
3/3
Bilgəh qəsəbəsində yerləşən "Qala"

Xidmətin Sabunçu RİH-ə müraciətinə gəlincə, MİQBDX bəyan edib ki, heç kəsin tarixi abidənin ərazisində ev tikmək, yaxud onu hasara almaq ixtiyarı yoxdur. "Biz hələ bilmirik, onun ərazisi hansı əsasla zəbt edilib və orada hansı tikinti işləri aparılıb. Bizə heç o da məlum deyil ki, ora sahib çıxan şəxsin əlində o ərazilərin ona məxsus olduğunu təsdiqləyən rəsmi sənədlər varmı və onlar kim tərəfindən verilib", — deyə Xidmətdən bildiriblər.

Onlar qeyd ediblər ki, Azərbaycanda rəsmən kiminsə şəxsi mülkiyyəti olan tikililər, abidələr mövcuddur. Amma onlarda olan məlumata görə, "Qala" onu zəbt edən şəxsin mülkiyyəti deyil. Ona görə də, bu məsələyə aydınlıq gətirmək istəyirlər. Hazırda MİQBDX Sabunçu RİH-dən cavab gözləyir.

"Biz bir aydır ki, onlara sorğu göndərmişik. Əgər müəyyən edilsə ki, sahibinin rəsmi sənədləri yoxdur, onda həmin şəxs abidənin ərazisini tərk etməli və hasarı götürməli olacaq ki, camaat qalanı ziyarət edə bilsin", — deyə Xidmətdən bildirilib.

Sputnik Azərbaycan-ın müxbiri qalanı öz gözləri ilə görmək üçün Bilgəh qəsəbəsinə gedib. Bu abidəni tapmaq çox çətin olub, çünki hətta yerli sakinlərin əksəriyyəti belə, bir qalanın mövcudluğundan xəbərsizdirlər.

Amma qala barədə məlumatı olanlar onu fərqli adlarla ("Qız qalası", "Oğlan qalası") çağırırlar və harada yerləşdiyini bilmirlər. Biz qəhrəmanlıq edərək onu tapmağa nail olduq, ancaq təəssüf ki, bu uzun yolu boşuna getdiyimiz məlum oldu. Çünki qalanı yaxından görə bilmədik, hər tərəfdən yüksək hasarla əhatələnmişdi.

Qonşuların sözlərinə görə, həmin bağ evi Xalq artisti Əminə Yusifqızına məxsusdur. O isə bura ancaq yay aylarında gəlir. Onlar qeyd ediblər ki, qala artıq uzun illərdir hasara alınıb və bu müddətdə heç kəs onunla maraqlanmayıb. Qala elə yerdədir ki, nadir hallarda onun fərqinə varırlar.

"Biz hamımız Əminə xanımı çox sevirik və ona hörmət edirik. Onu, əsasən, yayda görürük. Amma onun bağ evinin gözətçisi var. Gündə bir dəfə gəlir və baxır ki, bağda hər şey qaydasındadır, ya yox", — deyə qonşular bildiriblər.

Biz sözügedən bağın sahibi — Xalq artisti Əminə Yusifqızı ilə də əlaqə saxladıq. O bildirdi ki, hazırda bağ onun qızına məxsusdur. Xalq artistinin sözlərinə görə, həmin bağ vaxtilə "Qala" ilə birlikdə alınıb.

"Bizdə həmin abidənin bizim özəl mülkiyyətimiz olduğu barədə bütün sənədlər mövcuddur. Düzü başa düşmürəm ki, bu barədə informasiyanı yaymaq nəyə lazımdır?" — deyə Yusifqızı bildirib.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, onlara hələ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən hər hansı məktub daxil olmayıb: "Bizə nə vaxt məktub daxil olsa, araşdıracağıq".

Bir sözlə, bizə gözləmək qalır. Ümid edək ki, məsələ həllini tapacaq və onda azərbaycanlılar da, ölkəyə gələn turistlər də "Qala" tarixi abidəsini yaxından görə biləcəklər.

Xəbər lenti
0