BAKI, 4 fevral — Sputnik. ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 70 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı Leksinqton dairəsi şerifinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən "Amtrak" şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub.
"CNN" telekanalı isə hadisə zamanı 2 nəfərin öldüyünü xəbər verib. Qəzanın təhqiqatı Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura tərəfindən aparılacaq.
Qeyd edək ki, ilkin məlumatda qəza zamanı 50 nəfərin xəsarət aldığı bildirilib.