BAKI, 4 fevral — Sputnik. Türkiyənin təhlükəsizlik qüvvələri Ankarada İŞİD terror qruplaşmasının "informasiya naziri"ni yaxalayıblar.
“Report” xəbər verir ki, bu barədə bazar günü "Haber Turk" telekanalı məlumat yayıb.
Əməliyyat Ankara Təhlükəsizlik İdarəsinin anti-terror bölməsi tərəfindən aparılıb. Məlumata görə, saxlanılan terrorçu Ömər Yetek qruplaşmada KİV sahəsinə cavabdeh şəxs olub.