CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu sehirli içki qarın piylərini yox edir

CC0 / monikabaechler / smuzyСмузи, фото из архива
Смузи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu sehrli içkini səhər ac qarına, günorta və axşam yeməklərindən yarım saat öncə içməyiniz məsləhətdir

BAKI, 3 fevral — Sputnik. İnsanların əksəriyyəti qarın nahiyəsində olan piylərdən əziyyət çəkir. Bu piylər gec əriyir, bəzən isə heç ərimir. Amma bu sehrli içkini içərək qarın piylərindən qurtulmaq mümkündür.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, bu içkini bir həftə içmək kifayətdir ki, nəticə göz qabağında olsun.

İçkini hazırlamaq üçün bunlar lazımdır:

— Bir dilim təzə zəncəfil

— Bir çay qaşığı yaşıl çay

— 5 ədəd təzə nanə yarpağı

— 5 ədəd təzə reyhan yarpağı

Qaynamış isti suya bu məlzəmələri tökün və soyumasını gözləyin. 5 dəqiqə dəmləndikdən sonra içə bilərsiniz.

Bu sehrli içkini səhər ac qarına, günorta və axşam yeməklərindən yarım saat öncə içməyiniz məsləhətdir.

Xəbər lenti
0