BAKI, 3 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSK) PKK, YPG və İŞİD terrorçularına qarşı Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyat zamanı bir türk hərbçisi şəhid olub.
Digər bir türk hərbçisi isə Türkiyənin Afrinlə həmsərhəd Kilis əyalətində terrorçuların hücumu nəticəsində həlak olub.
Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.
""Zeytun budağı" hərəkatı çərçivəsində 3 fevral 2018-ci il tarixində bir qəhrəman silahdaşımız PKK/KSK/PYD-YPG və İŞİD terror təşkilatları ünsürləri ilə aparılan döyüşdə, bir qəhrəman silahdaşımız da Kilis sərhəd bölgəsində eyni terror təşkilatlarının ünsürləri tərəfindən törədilən hücum zamanı şəhid olublar" — deyə TSK Baş Qərargahınını məlumatında bildirilir.
Bundan öncə TSK Baş Qərargahı bundan əvvəl Afrin əməliyyatı zamanı ümumilikdə 5 hərbçinin həlak olduğunu açıqlamışdı.
TSK PKK, YPG və İŞİD terrorçularına qarşı Suriyanın Afrin bölgəsində "Zeytun budağı" hərbi əməliyyatı yanvarın 20-də başlayıb.