BAKI, 2 fevral — Sputnik. "Bir neçə gündür ki, Bayıl sürüşmə zonasında aktivlik qeydə alınmayıb". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Qaralovun sözlərinə görə, ötən gün ərazidə buruq-qazma işləri tamamlanıb, laborator analizlər götürülüb: "Gələn həftə nəticələr nazirliyin müvafiq orqanlarına təqdim ediləcək".
Xatırladaq ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi və Fövqəladə Hallar Nazirliyi iş aparır. Əraziyə Yaponiyadan gətirilən cihazlar yerləşdirilib.