CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaxt qoyuldu: "Şərq bazarı" boşaldılır

© Sputnik / Irade JELILŞərq bazarı
Şərq bazarı - Sputnik Azərbaycan
Abunə olmaq
Təmirin hansı müddətdə davam edəcəyi barədə məlumat verilməyib

BAKI, 2 fevral — Sputnik. "Şərq bazarı" təmirə bağlanacaq. Sputnik Azərbaycan Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə bazar rəhbərliyi və satıcılar xəbər verib. Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb.

Onlara bildirilib ki, təmirlə əlaqədar olaraq martın 31-nə kimi işləyə biləcəklər. Sonradan bazar təmir məqsədilə bağlanacaq.

Bazar rəhbərliyi də məlumatı təsdiqləyib. Rəhbərlikdən verilən məlumata görə, hazırda bazarda təmir işləri aparılmasa da, aprel ayında işlərə başlanılacaq. Təmirin hansı müddətdə davam edəcəyi barədə məlumat verilməyib.

Xəbər lenti
0