BAKI, 2 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarını təltif edib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Qarayeva Rəsmiyə Məmməd qızı və Rəhimov Elxan Rəhim oğlu “Tərəqqi” medalı ilə təltif olunublar.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının sosial-ictimai və humanitar-mədəni həyatında göstərdikləri xidmətlərə görə Həmkarlar İttifaqları Konfederasiyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib.
“Əməkdar həkim”
Quliyev Akif Əvəz oğlu
Quliyev Şahin Şahpələng oğlu
Məmiyev Çingiz Qəzər oğlu
Şahməmmədov Şərif Şahməmməd oğlu.
“Əməkdar müəllim”
Mövlayeva Dilarə Ramazan qızı
Rzayeva Zümrüd Lazım qızı
Sofiyeva Günəş Xəlil qızı.
“Əməkdar bədən tərbiyəsi və idman xadimi”
Əliyev Mirzə Vaqif oğlu.
“Əməkdar mədəniyyət işçisi”
Aslanov Azad Qulu oğlu
Hüseynov Əmrah Rəhman oğlu
Qurbanov İsgəndər Kərəm oğlu
Talıbov Cahangir Əzim oğlu.