BAKI, 2 fevral — Sputnik. Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində fevralın 1-də PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 14 obyekt dağıdılıb, 21 terrorçu məhv edilib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək, ümumilikdə 811 terrorçu məhv edilib.
Məlumatda, həmçinin bildirilir ki, əməliyyata cəlb edilən təyyarələrin hamısı döyüş tapşırıqlarını uğurla yerinə yetirərək təhkim olunduqları aviabazalara qayıdıb.
Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.