Məhkəmə son mərhələdə: Netanyahunu nə gözləyir?

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidİsrailin Baş naziri Benyamin Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail baş prokuroru baş nazir Binyamin Netanyahu haqqındakı korrupsiya araşdırmasında son mərhələyə gəlindiyini açıqlayıb

BAKI, 2 fevral — Sputnik. İsrail baş prokuroru Avichai Mandelblit baş nazir Binyamin Netanyahu haqqındakı korrupsiya araşdırmasında son mərhələyə gəlindiyini açıqlayıb.

Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, İsrail baş prokuroru Avichai Mandelblit Netanyahu haqqındakı iki korrupsiya qovluğu ilə bağlı istintaqlarda son mərhələyə gəlindiyini və çətin qərarlar almaqda tərəddüd etməyəcəyini ifadə edib. O, ancaq mövzu ilə bağlı ətraflı məlumat verməyib.

İstintaqın davam etdiyini qeyd edən Mandelblit həqiqətlərin ortaya çıxarılması üçün polislərin araşdırmanı qüsursuz bir şəkildə aparmasına icazə verilməsinin lazım olduğunu vurğulayıb.

Baş nazir Netanyahu haqqındakı korrupsiya araşdırması çərçivəsində yeddi dəfə ifadə vermişdi. Netanyahunun həyat yoldaşı Sara Netanyahunun da korrupsiya araşdırması çərçivəsində ifadəsi alınmışdı.

İddiaları rədd edən Netanyahu ölkədəki bəzi media qurumlarını hökuməti gözdən salmağa çalışmaqda günahlandırır.

Xəbər lenti
0