İranda başını açan qadınlara qarşı repressiyalar başladı, həbslər gedir

© REUTERS / Francois LenoirHicab, arxiv şəkli
Hicab, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İranda qadınların baş örtüyü geyinməsi məcburidir və qaydanı pozanlara ya pul cəzası tətbiq edilir, ya da həbs edilirlər

BAKI, 2 fevral — Sputnik. İranın paytaxtı Tehranda qadınlar aksiya keçirib. Onlar məcburi geyim qadağasına etiraz əlaməti olaraq baş örtüklərini çıxarıblar.

Sputnik Azərbaycan "The Guardian"a istinadən xəbər verir ki, polis qadınlardan 29-nu həbs edərək bölməyə aparıb.

"Ağ çərşənbə" adı verilən kampaniya çərçivəsində yüzə yaxın qadın başındakı yaylığını çıxararaq geyim qaydalarını pozub.

Respublika Prokurorluğundan verilən açıqlamada qeyd olunub ki, həmin qadınlar aldadılmış şəxslərdir.

Qeyd edək ki, İranda qadınların baş örtüyü geyinməsi məcburidir və qaydanı pozanlara ya pul cəzası tətbiq edilir, ya da həbs edilirlər.

Xəbər lenti
0