BAKI, 2 fevral — Sputnik. Honkonq polisi Konqres və sərgi mərkəzi yaxınlığında tapılan təhlükəli bombanı zərərsizləşdirilib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, polis İkinci Dünya müharibəsindən qalan bombanı zərərsiz hala gətirmək üçün 4 min nəfəri bölgədən təxliyyə edib.
Səlahiyyətlilər son bir həftə ərzində ikinci bombanın tapıldığını bildiriblər. Mütəxəssislər bildirib ki, tapılan bomba bazar günü aşkar olunan bomba ilə eynidir.
Qeyd edək ki, Honkonqda keçən il də ABŞ istehsalı olan və İkinci Dünya Müharibəsindən qalan bomba tapılmışdı.