AXC ilə bağlı xüsusi iclasın vaxtı açıqlandı

© Sputnik / Murad OrujovParlamentin iclası
Parlamentin iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Parlament sədri: "Xüsusi iclas iyunun 8-də keçiriləcək və bununla bağlı iş aparılır"

BAKI, 1 fevral — Sputnik. "Əminəm ki, Milli Məclisin yaz sessiyasında da uğurla işləyəcəyik və bu il bizi gərgin işlər gözləyir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Parlament sədri Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzadığını xatırladıb: "Xüsusi iclas iyunun 8-də keçiriləcək və bununla bağlı iş aparılır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunmasını yüksək səviyyədə təşkil edəcəyik".

Xəbər lenti
0