CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Vəkil böhranı" parlamentdə narazılığa səbəb oldu

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili vəkillik haqqında yeni qanunun qəbul edilməsini təklif edib

BAKI, 1 fevral — Sputnik. Azərbaycanda hər 100 min nəfərə 8 vəkil düşür. Avropanın inkişaf etmiş ölkələrində isə hər 100 min nəfərə düşən vəkil sayı bundan 40-45 dəfə çoxdur.

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Milli Məclisdə amnistiya aktının qəbul edilməsi üçün prezidentə müraciət olundu

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib. O, təklif edib ki, yaz sessiyasında vəkillik haqqında yeni qanun qəbul edilməlidir.

"Vəkilliyə qəbulda keçid balı 60-dan 50-yə endirilsin. Elə etməliyik ki, hər bir rayonda ən az 3-4 vəkil olsun. Burada radikal qərarlar qəbul etmək lazımdır", — Q.Həsənquliyev bildirib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov millət vəkilinin təklifinə cavab verib: "Biz keçid balını 60-dan 50-ə endirsək, sabah da deyəcəklər ki, bunu 40-a endirin. Biz keyfiyyətli xidmət göstərməliyik".

"Keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 bal toplaya bilmirsə, bu, qeyri-ciddi məsələdir. Axı, o balı toplamaq çətin deyil. Bütün bunlara baxmayaraq, bu sahədə işlər gedir, dövlətin nəzarətindədir. Yaxın vaxtlarda bu sahədə ciddi irəliləyişlər olacaq", — Z.Əsgərov vurğulayıb.

Xəbər lenti
0