İlqar Vəlizadə: “Rusiya sanksiyaların mənfi təsirini minimuma endirə bilər”
ABŞ Maliyyə Nazirliyi Konqresin 2017-ci ilin iyulunda qəbul etdiyi və avqustun 2-də prezident Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minən sanksiya qanunu əsasında hazırladığı “Kreml hesabatı” adlı sənədi qanunverici orqana təqdim edib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyalar real vəziyyətin dəyişməsinə təsir etmir:
“Əvvəlki dövrlərdə Rusiyaya tətbiq edilən sanksiyalar onu yenilərinə hazırlaşdırıb. Ancaq buna baxmayaraq hər yeni sanksiya Rusiyanın iqtisadiyyatına və digər dövlətlərlə münasibətinə ciddi təsir göstərir”.