CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevgili, yoxsa şantajçı: Paytaxtdakı qalmaqallı oğurluğun çox maraqlı təfərrüatı

CC0 / Antranias / womanГрустная женщина, фото из архива
Грустная женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın bildirib ki, onun artıq heç nəyi yoxdur, çünki bütün qızıllarını ona verib, bundan sonra Muradov şantaja keçib

BAKI, 1 fevral — Sputnik. Bakıda qalmaqallı mənzil oğurluğu ilə bağlı yeni detallar üzə çıxıb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından bildirilib.

Bakı şəhər Prokurorluğu - Sputnik Azərbaycan
HADİSƏ
Qohumunu zorlayıb şantaj edən şəxs ələ keçdi

Qeyd edək ki, bundan əvvəl Bakıda kişinin gənc qadını ərini aldatmağa və evdən pul çıxartmağa məcbur etdiyi xəbər verilmişdi. Belə ki, 39 yaşlı zərərçəkən polisə müraciətində bildirib ki, ötən il noyabrın 16-dan bu ilin yanvar ayının 27-nə kimi olan dövrdə mənzilindəki seyfdən naməlum şəraitdə 57 min 700 ABŞ dolları itib. Araşdırma zamanı məlum olub ki, pulu seyfdən zərərçəkən şəxsin həyat yoldaşı (etik səbəblərdən adını çəkmirik) oğurlayıb. O, ərindən oğurladığı pulları tanışına verib. Oğurluqla bağlı həm qadın, həm də onun tanışı tutulublar və məsuliyyətə cəlb olunublar.

Oğurluq Məmmədov küçəsindəki 11 nömrəli evin mənzillərindən birində baş verib. İddia edilirdi ki, qadının ailə pullarını verdiyi şəxs onun sevgilisidir.

Amma indi məlum olub ki, qadın və 1988-ci il təvəllüdlü Ramin Muradov arasında sevgi əlaqəsi olmayıb. İstintaq müəyyən edib ki, Muradov qadının mobil telefonunun nömrəsini onun köhnə əşyalarını satdığı Lalafo.az alqı-satqı saytında tapıb. Muradov qadınla əlaqə saxlayıb və maddi kömək lazım olduğunu bildirib.

Fırıldaqçı yalandan deyib ki, Hepatit C xəstəsidir, müalicəsinə xeyli pul lazımdır. Beləliklə, o, qadınla tanış olub. R.Muradov vaxtaşırı qadına zəng edərək həyatının necə ağır keçdiyini, uşağının necə xəstə olduğunu, hətta anasının onkoloji xəstəlikdən əziyyət çəkdiyini və təcili tibbi müdaxilə tələb olunduğunu danışırmış.

Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
DİN xəbərdarlıq edir: Polisi şantaj edə bilməyəcəksiniz!

Qadının isə Muradova ürəyi yanıb. O, əvvəlcə kişiyə öz zinət əşyalarını verib. Zinət əşyalarını zərərçəkənin yaşadığı binanın birinci mərtəbəsində yerləşən aptekdə işləyən satıcı vasitəsilə verilib. Sonra məlum olub ki, bu pul kifayət etmir, Muradovun isə başqa yerdən pul tapmaq imkanı yoxdur. Qadın bildirib ki, onun artıq heç nəyi yoxdur, çünki bütün qızıllarını ona verib. Bundan sonra Muradov şantaja keçib.

Fırıldaqçı bildirib ki, əgər qadın pul gətirməsə, həyat yoldaşına qızıl barəsində danışacaq və aralarında sevgi olduğunu deyəcək. Xoşagəlməz vəziyyətdən qaçmaq və nikahını qorumaq üçün qadın pul oğurlamaq qərarına gəlib. O, evdən ümumilikdə 58 min dollar çıxarıb və onları Muradova verib.

Maraqlıdır ki, istintaqın əlində WhatsApp telefon əlavəsindəki yazışmalar var. Muradov həmin yazışmalarda acınacaqlı vəziyyəti barədə danışır və ondan pul istəyir. Bununla bağlı şantajçı barədə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (xüsusi böyük məbləğdə fırıldaqçılıq) ilə cinayət işi qaldırılıb. Onun barəsində 182-ci maddə (hədə-qorxu yolu ilə pul almaq) ilə də iş açılacağı ehtimalı da var. Zərərçəkənin həyat yoldaşı məsuliyyətə cəlb olunmayacaq.

Xəbər lenti
0