Afrin əməliyyatı Abdullah Öcalanın başında partladı - VİDEO

© REUTERS / Rodi SaidAbdulla Öcalanın şəkli olan plakat
Abdulla Öcalanın şəkli olan plakat - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Öcalanın abidəsi pilotsuz uçuş aparatı tərəfindən bombalanıb

BAKI, 1 fevral — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri Suriyanın Afrin bölgəsində inşa edilmiş PKK lideri Abdullah Öcalanın abidəsini məhv edib. Sputnik Azərbaycan xəbər verir ki, görüntüləri "Anadolu" agentliyi paylaşıb.

Məlumata görə, Öcalanın abidəsi pilotsuz uçuş aparatı (PUA) tərəfindən bombalanıb. Terrorçu liderin 53 metrlik beton abidəsi PKK-çılar tərəfindən Darmık dağının yamacında inşa edilmişdi.

​Bu arada, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 13 gündür davam edən Afrin əməliyyatı ilə bağlı yeni məlumat yayıb. Baş Qərargahdan bildirilib ki, "Zeytun budağı" əməliyyatı başlayandan indiyədək 790 PYD terrorçusu məhv edilib.

Xəbər lenti
0