CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddən keçən şəxsin qarnında elə şey tapıldı ki...

© Photo : AR DGK mətbuat xidmətiBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postu
Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postu - Sputnik Azərbaycan
Abunə olmaq
İrandan gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb

BAKI, 1 fevral — Sputnik. Gömrük əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin düz bağırsağında 3 ədəd bağlamada narkotik vasitələr — xalis çəkiləri 173,265 qram heroin və 20,62 qram tiryək, həmçinin 24,25 qram psixotrop maddə — metamfetamin aşkar olunub.

Xəbər lenti
0