İran Amerikaya meydan oxudu: Ya oradan çıxacaqsınız, ya da...

© AP Photo / Ebrahim NorooziАли Акбара Велаяти, советник верховного лидера Ирана. Архивное фото
Али Акбара Велаяти, советник верховного лидера Ирана. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Əkbər Vilayəti Məşhəd şəhərində Fələstinə dəstək üçün təşkil edilən konfransda danışıb

BAKI, 1 fevral — Sputnik. "Amerika ya öz xoşluğu ilə Suriyanı tərk edəcək, ya da biz onları zorla çıxaracağıq". Sputnik Azərbaycan "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhaninin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Məşhəd şəhərində Fələstinə dəstək üçün təşkil edilən konfransdakı çıxışı zamanı deyib.

ABŞ rəhbərliyinə sərt mesajlar göndərən Vilayəti Yaxın Şərqdə oynanılan oyunlara göz yummayacaqlarını söyləyib: "Dünyanın qəlbi Yaxın Şərqdədir. Hər kəs bu bölgədə söz sahibi olmaq istəyir. İraq Kürdüstanındakı referendum ərəfəsində açılan İsrail bayraqlarını gördünüz? Buna necə göz yuma bilərdik?"

"Amerika Suriyanı bölə bilməyəcək. Fərat çayının şərqindən, ümumilikdə Suriya ərazisindən çıxmaq məcburiyyətində qalacaq, ya da biz onları zorla çıxaracağıq", – Vilayəti bildirib.

Xəbər lenti
0