BAKI, 1 fevral — Sputnik. Milli Məclisin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında parlamentin İntizam komissiyasının yenidən təşkil edilməsi məsələsinə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb: Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa, Kamran Nəbizadə.
Məsələ səsə qoyularaq təsdiqlənib.