Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev görüşlər keçirib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Azərbaycan prezidenti türkiyəli naziri və "Smart Africa" Təşəbbüsünün icraçı direktorunu qəbul edib

BAKI, 1 fevral — Sputnik. Prezident İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən Prezident İlham Əliyev bu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini qeyd edib. Ümumilikdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin daim bir-birinin yanında olduğunu və bir-birini dəstəklədiyini deyib, münasibətlərimizin dünya miqyasında nümunəvi xarakter daşıdığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xanım Jülide Sarıeroğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, bu vəzifədə fəaliyyətə başladıqdan sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu ifadə edib. Nazir Türkiyə ilə Azərbaycanın daim bir-birinin yanında olmasını və ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq sosial müdafiə sahəsində də əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Smart Africa şirkətinin icraçı direktorunu qəbul edib
İlham Əliyev Smart Africa şirkətinin icraçı direktorunu qəbul edib - Sputnik Azərbaycan
İlham Əliyev Smart Africa şirkətinin icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev "Smart Africa" Təşəbbüsünün icraçı direktoru Hamadoun Toureni də qəbul edib. Hamadoun Toure sonuncu dəfə 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi olarkən "Bakutel" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak etmək üçün ölkəmizə səfərini məmnunluqla xatırlayıb. 22 Afrika ölkəsinin üzv olduğu və 12 Afrika ölkəsinin dövlət başçısının idarə heyətinə daxil olduğu "Smart Africa" Təşəbbüsü və onun fəaliyyəti haqqında məlumat verən Hamadoun Toure Təşəbbüsün Afrika qitəsi üçün vahid rəqəmsal platformanın yaradılması işində vacib rol oynadığını, işlərin artıq yaxşı nəticələr verdiyini, həmçinin layihələrdə peyk texnologiyalarının tətbiqi istiqamətində "Azərkosmos" ASC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə "Smart Africa" Təşəbbüsü arasında gələcək əməkdaşlığı dəstəklədiyini və bu sahədə istiqamətlərin müəyyənləşdirilməsinin önəmini vurğulayıb.

Xəbər lenti
0