BAKI, 1 fevral — Sputnik. Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızı Zərdabi küçəsində yaşadığı evin həyətyanı səhəsində ərinin bıçaqla hücumuna məruz qalıb. Nəticədə qadın 6 bıçaq zərbəsi alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, bıçaq Ş.Babazadənin mədə və qaraciyərini deşib.
Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır.